882 gün sonra gələn qol
27.02.2019 , 18:46

Azərbaycan Premyer Liqasının XVIII turunda “Qarabağ”ın “Sabah”la (1:1) matçı Reynaldo Silva üçün əlamətdar olub.
Klubun rəsmi facebook hesabının xəbərinə görə, qarşılaşmanın 19-cu dəqiqəsində hesabı açan forvard ölkə çempionatlarında 882 gün sonra yenidən “Qarabağ” formasıyla fərqlənib. Silva məhz 2016-cı ilin sentyabrın 25-də “Kəpəz”lə (1:1) səfər oyununda rəqib qapısını silkələmişdi.
Qeyd edək ki, Reynaldonun son qolu 2016-cı ilin dekabrın 8-də Avropa Liqasında “Fiorentina”yla (1:2) matça təsadüf edib və bu qoldan da 807 gün sonra forvard yenidən rəqib qapısına yol tapıb.
