Fernandao Braziliya klubunda
24.01.2019 , 17:20

Türkiyənin “Fənərbağça” klubunun sabiq futbolçusu Fernandaonun yeni komandası məlum olub.
Braziliyalı forvard ölkəsinin “Baiya” klubuna transfer olunub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
32 yaşlı hücumçuyla 2020-ci ilə qədər müqavilə imzalanıb.
Karyerası ərzində “Bursaspor”, “Fənərbaxça” kimi klublarda çıxış edən Fernandao son olaraq Səudiyyə Ərəbistanının “Əl Vahda” klubunun uğurları üçün çalışırdı.
