big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Digər idman növləri

102 mərtəbəli bina Azərbaycan bayrağına bürünəcək – FOTO

04.08.2012 , 07:08

Dünyanın ən məşhur göydələnlərindən biri, Manhettenin “Empire State Building” binası avqustun 8-də Azərbaycanın dövlət bayrağının rənglərinə bürünərək Nyu-York şəhərini işıqlandıracaq.

Korner.az-ın məlumatına görə,bu barədə “Empire State Building”in mətbuat xidmətinin məlumatında bildirilir. İşıqlandırma aksiyası göydələnin Londonda keçirilən Yay Olimpiya Oyunlarında iştirak edən dövlətlərə ithafıdır.

Bu günlərdə “Empire State Building”in hər dörd tərəfi gecələr şüalarla Olimpiya Oyunları ölkələrindən birinin dövlət bayrağı rənglərinə boyanır. Beləliklə, avqustun 8-də məşhur binanın cənub tərəfi yaşıl, qırmızı və göy rənglərlə işıqlandırılacaq və Azərbaycan Respublikasının Olimpiya Oyunlarında iştirakını qeyd edəcək.

Avqustun 11-də isə binanın şimal divarı Türkiyənin dövlət bayrağının qırmızı rəngini alacaq.

1929-cu ildə tikilən 102 mərtəbəli “Empire State Building” Manhettenin mərkəzində 5-ci prospektin və 34-cü küçənin kəsişməsində yerləşərək təkcə Nyu-York deyil, bütün Birləşmiş Ştatların rəmzlərindən biridir. Dünyanın hər yerindən üst mərtəbəsindəki rəsədxanaya milyonlarla turist cəlb edən bu göydələnin müxtəlif rənglərə işıqlandırılması Nyu-York şəhərinin mədəni həyatında əsl hadisəyə çevrilir./anspress/

Son yazılar

To Top