Braziliya millisinin sabiq üzvü Tulio Maravilya karyerasının 1000-ci qolunu vurub.
Korner.az-ın məlumatına görə, Braziliyanın aşağı liqa komandası "Araksa"da forma geyinən 44 yaşlı Tulio "Mamore"ni 2:1 hesabıyla məğlub etdikləri qarşılaşmanın 30-cu dəqiqəsində rəqib qapısından 1000-ci topunu keçirib.
Pele və Romario kimi, o da yubiley qolunu penaltidən vurub. Oyun 10 dəqiqəlik təntənəli qol sevincindən sonra davam etdirilib.
Qeyd edək ki, karyerasına 1987-ci ildə başlayan Tulio 30-a yaxın klubun formasını geyinib. 90-cı illərdə Braziliya millisinin şərəfini qoruyan futbolçu bu forma ilə 15 oyuna çıxıb və 13 qol vurub.
