100 milyonluq vəd
30.06.2023 , 10:35

Səudiyyə Ərəbistanının “Əl Nəsr” klubu İtaliya “İnter”indən Brozoviçi transfer ətməyə çox yaxındı.
Korner.az-ın məlumatına görə, ərəblər futbolçu ilə bütün məsələlərdə anlaşıb.
Xorvatiyalı futbolçuya 3 illik müqavilə və toplam 100 milyon avro maaş veriləcək.
Brozoviç transferinin yaxın zamanda rəsmən açıqlanması gözlənilir.
