100 milyonluq transfer: Alvares İngiltərə klubuna keçə bilər
07.02.2026 , 11:30
“Atletiko”nun argentinalı hücumçusu Xulian Alvares İngiltərə Premyer Liqasında karyerasını davam etdirə bilər.
Korner.az xəbər verir ki, “Çelsi” 26 yaşlı futbolçunu transfer etmək üçün danışıqlara başlayıb.
Xarici KİV yazır ki, tərəflər arasında görüşlər davam edir. Hətta Alvaresin agentləri yaxınlarda Liqa Kuboku çərçivəsində keçirilən “Çelsi” – “Arsenal” matçını canlı izləyiblər.