Türkiyə milli komandasının və "Qalatasaray" klubunun sabiq futbolçusu Necati Ateş "Qalatasaray" və "Fənərbağça" haqda maraqlı açıqlamaları ilə yadda qalıb.
Korner.az-ın verdiyi məlumata görə, sabiq futbolçu öz açıqlamalarında bunları qeyd edib:" Düzdür, "Fənərbağça" "Qalatasaray"a "Kadıköy"də 18 ildir məğlub olmur.Amma "Qalatasaray"ın uğurları daha böyükdür. "Qalatasaray" "Kadıköy"də liqa kubokunu qaldırmağı bacarıb. 100 il keçşə də, bu, "Fənərbağça" azarkeşlərinin yaddaşından silinməyəcək. Bütün bunlara baxmayaraq, əsas olan şirin bir rəqabət yaşamaqdır"
