100-ə çatan, 10-cu adam
27.12.2018 , 09:34

Belçika millisinin futbolçusu Eden Azar “Çelsi”də 100-cü qolunu vurub. İngiltərə Premyer Liqasının “Uotford”la davam edən görüşündə fərqlənən yarımmüdafiəçi London klubunun tarixində 100 və daha çox qol vuran 10-cu futbolçu olub.
Bu göstəricidə rekordçu isə Frenk Lemparddı. O, 211 qola sevinib.
Qeyd edək ki, “Uotford” – “Çelsi” oyununda ilk 45 dəqiqədən sonra hesab 1:1-di.
