İtaliya A seriyası komandası "Roma" 10 yaşındakı sosial media fenomenini öz sıralarına qatmağa nail oldu
Amerikanın Kansas əyalətində yaşayan Alessandro Cupini gələcək sezondan Roma Beynəlxalq İdman Akademiyasında təhsil alacaq. FİFA 14 yaşdan aşağı uşaqların beynəlxalq transferini qadağan etsə də, Roma və Alessandro Cupini qərarlarında qətidir.
Qeyd edək ki, 10 yaşlı Alessandro Cupini sosial media fenomenidir və onun 10 mindən artıq izləyicisi var.
Aşağıdakı video-da Alessandronun məharətlərini izləyə bilərsiniz:
https://www.youtube.com/watch?v=MM4WxCisY-U
