10 kluba xəbərdarlıq edilib
17.12.2018 , 17:47

Türkiyə Futbol Federasiyası Super Liqada çıxış edən 10 kluba menecerlərlə işləmə tələbinə əməl etmədikləri üçün xəbardarlıq edib
Bunlar “Qalatasaray”, “Trabzonspor”, “Başakşehir”, “Akhisarspor”, “Antalyaspor”, “Konyaspor”, “Alanyaspor”, “Bursaspor”, “Rizespor” və “Malatyaspor” klublarıdır.
Klublara federasiyada qeydiyyatdan keçməyən menecerlərlə işlədikləri üçün xəbardarlıq edilib. “Trabzonspor”, “Alanyaspor”, “Antalyaspor” və “Bursaspor” vizası olmayan menecerlərlə işlədikləri üçün əlavə xəbardarlıq alıb.
