10 il sonra ilk dəfə bunu bacardı
22.04.2019 , 16:07

“Liverpul” klubunun qapıçısı Alisson Bekker İngiltərə Premyer Liqasında yeni rekord müəyyənləşdirib.
Braziliya yığmasının da əsas qolkiperi olan Bekker bu mövsüm daxili çempionatdakı 19 görüşdə qapısını toxunulmaz saxlayıb. Bu, son 10 il ərzində ən böyük göstəricidir.
Qeyd edək ki, “Liverpul” hazırda turnir cədvəlində 1-ci pillədə qərarlaşıb.
