10 günlük baş məşqçi
28.06.2018 , 13:24

İyunun 18-də “Sportinq”lə 3 illik müqavilə imzalayan Sinişa Mihayloviç vəzifəsindən uzaqlaşdıırlıb.
Bu barədə Lissabon klubunun yeni prezidenti Xose Souza Sintra məlumat verib. “Miyahloviçin ilk işi klubun təlim-məşq toplanış yerini dəyişmək oldu. Buna görə də 300 min avro itirdik. Bunlar bizə xoş gəlmədi. Sinişa bizim gələcək planlarımıza daxil deyildi”.
49 yaşlı serbiyalı mütəxəssis köhnə rəhbərliyin dövründə baş məşqçi postuna təyin edilmişdi. Klubun səhmdarları sabiq başqan Bruno de Karvalyunu vəzifəsindən uzaqlaşdırdıqdan sonra Xose Souzanı rəhbər təyin etmişdilər.
