Futbol

“1 xal sayəsində birinci pilləni təmin etdik” – Alesio

08.04.2021 , 23:32

“Bura gələndə bilirdik ki, oyun çətin keçəcək. Çünki rəqibimiz ancaq qələbə qazanmaq üçün mübarizə aparacaqdı. Bizim isə 4 əsas oyunçumuz bu görüşdə iştirak etmirdi”.

Korner.az xəbər verir ki, bu sözləri futzal millimizin baş məşqçisi Joze Alesio Avropa çempionatının seçmə mərhələsində Slovakiya ilə keçirilən oyundan (1:1) sonra deyib.

Braziliyalı mütəxəssis final mərhələsinə vəsiqəni təmin etdiklərinə baxmayaraq, komandasının meydana yalnız qələbə üçün çıxdığını bildirib: “Ramiz Çovdarovun da yüngül zədəsi var idi. Ona görə də, taktiki planda dəyişikliklər etdik, müdafiədə oynadıq. Meydandakı nizam-intizam da çox vacib idi. Fikrimcə, yaxşı nəticə qazandıq. Bunun üçün də yaxşı hazırlaşmışdıq. Uşaqlar ancaq qələbə qazanmaq üçün mübarizə aparırdılar. Demək olar, tapşırıqlarımı yerinə yetirdilər. Qazandığımız 1 xal sayəsində birinci pilləni təmin etdik”.

Son yazılar

Yuxarı