1/8 finalın daha 2 oyununun hakimləri bilindi – DÇ-2018
30.06.2018 , 15:22

DÇ-2018-in 1/8 finalının daha 2 oyununa hakim təyinatları açıqlanıb.
Qol.az-ın məlumatına görə, iyulun 1-də keçiriləcək matçları aşağıda adları qeyd olunan hakimlər idarə edəcək:
DÇ-2018, 1/8 final
1 iyul
18:00. İspaniya – Rusiya
Hakimlər: Byorn Kuypers, Sander van Rokel, Ervin Zeynstra (hamısı Hollandiya), Kleman Turpen (Fransa).
22:00. Xorvatiya – Danimarka
Hakimlər: Nestor Pitana, Ernan Maydana, Xuan Pablo Belatti (hamısı Argentina), Enrike Kaseres (Paraqvay).
