1/4 finalın oyunlarına hakim təyinatları açıqlandı – DÇ-2018
05.07.2018 , 11:01

DÇ-2018-in 1/4 finalının oyunlarına hakim təyinatları açıqlanıb.
Matçlar aşağıda adları qeyd olunan hakimlərə həvalə edilib:
6 iyul
18:00. Uruqvay – Fransa
Hakimlər: Nestor Pitana, Hernan Maydana, Xuan Belatti (hamısı Argentina), Alireza Faqani (İran)
22:00. Braziliya – Belçika
Hakimlər: Milorad Majiç, Milovan Ristiç, Dalibor Curceviç (hamısı Serbiya), Ceyr Marrufo (ABŞ)
7 iyul
18:00. İsveç – İngiltərə
Hakimlər: Byörn Kuypers, Sander van Rokel, Ervin Zeynstra (hamısı Hollandiya), Antonio Miqel Mateu Laos (İspaniya)
22:00. Rusiya – Xorvatiya
Hakimlər: Sandro Riççi, Emerson de Karvalyo, Marsello van Qasse (hamısı Braziliya), Yanni Skazve (Zambiya)
