1/4 finalın cavab oyunlarının vaxtı məlum oldu
18.01.2024 , 16:12
Azərbaycan Kubokununda 1/4 final mərhələsinin cavab oyunlarının təqvimi müəyyənləşib.
Korner.az xəbər verir ki, iki günü əhatə edəcək mərhələnin bütün görüşləri “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq:
Azərbaycan Kuboku
1/4 final mərhələsi, cavab oyunları
8 fevral (cümə axşamı)
“Zirə” – “Səbail”
Zirə İdman Kompleksinin stadionu, 17:00
“Qarabağ” – “Sabah”
Tofiq Bəhramov adına Respublika Stadionu, 20:00
9 fevral (cümə)
“Qəbələ” – “Araz-Naxçıvan”
Qəbələ şəhər stadionu, 16:00
“Neftçi” – “Sumqayıt”
“Neftçi Arena”, 19:00