“Liverpul” və “Mançester Siti” yarmfinalda
14.04.2022 , 06:38

Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulub.
Korner.az xəbər verir ki, “Liverpul” evdə Portuqaliya “Benfika”sını qəbul edib. Oyun 3:3 hesabı ilə bitib. İlk oyunda 3:1 hesablı qələbə qazanan “Liverpul” mərhələni adlayıb.
Gecənin digər görüşü Madriddə baş tutub. “Atletiko” doğma meydanda İngiltərənin “Mançester Siti” komandasını qəbul edib. Oyunda hesab açılmayıb. Bununla da “şəhərlilər” yarımfinala adını yazdıran kamanda olub.
Çempionlar Liqası
1/4 final mərhələsi, cavab oyunları
13 aprel
23:00. “Liverpul” (İngiltərə) – “Benfika” (Portuqaliya) – 3:3
Baş hakim: Serdar Gözübüyük (Niderland)
İlk oyun – 3:1
23:00. “Atletiko” Madrid (İspaniya) – “Mançester Siti” (İngiltərə) – 0:0
Baş hakim: Daniel Zibert (Almaniya)
İlk oyun – 0:1
