Ölkə Kuboku

“Qarabağ” və “Səbail”dən qələbə

01.02.2021 , 20:00

Bu gün futbol üzrə Azərbaycan kubokunda 1/4 final mərhələsinə start verilib.

Korner.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib. “Sumqayıt” öz meydanında “Səbail”lə qarşılaşıb. Matç qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Günün digər matçında “Qarabağ” “Qəbələ”ni qəbul edib. Ağdam klubu bu görüşdə 3:1 hesablı qələbə qazanıb.

1/4 final mərhələsinin digər matçları sabah keçiriləcək. Bu mərhələnin cavab qarşılaşmaları 6 və 7 fevralda olacaq.

Azərbaycan kuboku, 1/4 finalın ilk oyunları

1 fevral

16:00 Sumqayıt – Səbail – 0:1

Qol: Amil Yunanov, 12
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Müslüm Əliyev, Səbuhi Bayramov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Sumqayıt şəhər stadionu

18:00 Qarabağ – Qəbələ – 3:1

Qollar: Kvabena Ovusu, 55, Mahir Emreli, 72, 74 – Ceyms Adeniyi, 88Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Tural Qurbanov
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu

2 fevral

16:00 Keşlə – Kəpəz
“ASK Arena”

18:00 Neftçi – Zirə
8-ci km stadionu

Son yazılar

Yuxarı