“Çox çətin oyun oldu. Bilirdik ki, “Neftçi” böyükhesablı məğlubiyyətdən sonra toparlanacaq. Rəqib bütün komanda ilə hücum edirdi”.
Korner.az-ın sportnet.az-a istinadən yaydığı xəbərə görə, bunu “İnter”in baş məşqçisi Zaur Svanadze Topaz Premyer Liqasının V turunda “Neftçi” ilə keçirilən oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.
Gürcüstanlı mütəxəssis oyun haqda bunları bildirib: “İlk hissədə komandada nəsə eniş oldu. Ancaq son 20-25 dəqiqədə komanda toparlandı. Bundan sonra qalib gəldik. “Neftçi” yaxşı komandadır və düşünürəm ki, həmin 0:8 hesablı məğlubiyyət təsadüf idi”.
– “Neftçi”nin yaxşı komanda olduğunu bildirdiniz. Düşünmürsünüz ki, “İnter” qola qədər “yatmışdı”…
– Bəli elədir. Mən fasilədə də futbolçularla bunu danışdım.
– Rəqibi oyundan öncə analiz edəndə ola bilər ki, futbolçular “Neftçi”ni düzgün qiymətləndirməmişdi?
– “Neftçi” ilə oyundan öncə 0:8 hesablı oyunu analiz etməmişdik.
– Ruslan Abışov və Nizami Hacıyevi niyə sonradan oyuna daxil etdiniz?
– Onlar sadəcə olaraq hazır deyildi. Bu gün səhər İlkin Qırtımov mənə ayağında ağrısının olduğunu dedi və bu səbəbən o da ehtiyat oyunçular skamyasında əyləşməli oldu.
– Penalti epizodunu necə dəyərləndirirsiniz?
– Penalti epizodunu görməmişəm. Bu səbəbdən nəsə deyə bilmərəm.
– Məğlubiyyətə baxmayaraq “Neftçi”nin yaxşı komanda olduğunu qeyd etdiniz. Hansı keyfiyyətlərinə görə?
– Orada yaxşı futbolçular var.
– Pərdisi vəziyyətdən asılı olaraq meydana buraxırsınız. Demək olar ki, ona xilasedici gözü ilə baxırsınız?
– “Qarabağ”la, “Sumqayıt”la oyunda xilasedici qollar vurub. Qarşıdakı oyunlarda onun start heyətində meydana buraxılmasını düşünmək olar.
– Rauf Əliyevin ikinci qol sevinci uzun çəkdi. Orada zədə almışdı, ya nəsə baş verdi?
– Zədə yox idi. Sadəcə uzun müddət idi qol vura bilmirdi. Bu səbəbdən bir az uzun çəkdi. Onun oyununun uzun müddətdir alınmadığını bilirdik. Futbolçuya dəstək lazımdır və nəticəsini də gördük.
