UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyun öncəsi “İnter” və “Asteras” klublarının baş məşqçilərinin iştirakı ilə mətbuat konfransı keçiriləcək.
Korner.az-ın “bankirlər”in rəsmi saytına istinadən məlumatına görə, hər 2 komandanın çalışdırıcısı “Dalğa Arena”da KİV nümayəndələrinin suallarını cavablandıracaqlar.
“İnter”in baş məşqçisi Kaxaber Sxadadzenin iştirakı ilə keçiriləcək mətbuat konfransı iyulun 18-də, saat 19:30-da baş tutacaq. Ondan 1 saat sonra isə “Asteras”ın çalışdırıcısı media önünə çıxacaq.
Qeyd edək ki, matç iyulun 19-da olacaq.