big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Əsgər Abdullayevi özündən çıxaran MÜSAHİBƏ: “Məni yaxşı tanısaydın, özün utanardın o sualı verməyə”

10.10.2014 , 21:03

Ötən mövsüm 1-ci divizionda hamının ağızdolusuu danışdığı komanda “Araz Naxçıvan” idi. Hər kəs bu klubun futbolçulara yaratdığı şəraitə “bəy tərifi” yağdırırdı. Amma “Baharın gülü payıza qalmaz”   məsəlini boşuna deməyiblər. Premyer Liqa həm də bütün əyri-əskikləri ortaya çıxartdı. Artıq hər oyundan sonra klubdan gələn qalmaqal xəbərləri adi hal alıb. Yaşananlara aydınlıq gətirmək komandanın baş məşqçisi Əsgər Abdullayevlə əlaqə saxladıq. Amma buna görə həm də peşman olduq. Səbəbini  isə müsahibəni oxuyub bitirdikdə biləcəksiz.
Ardıcıl zənglərdən sonra özünü Əsgər bəyin köməkçisi kimi təqdim edən şəxs dəstəyi götürdü. Aldığımız cavab isə belə idi: “Əsgər müəllim indi toplantıdadır, 20 dəqiqə sonra yenidən zəng edin”.  5 saatlıq uzun-uzadı çağırışlara çətinliklə də olsa, cavab ala bildik.

– “Araz Naxçıvan”da yolunda getməyən nədir?
– Vallah, mən deməzdim ki, “Araz Naxçıvan”da ciddi problemlər var. Mən inanıram ki, hamısı yaxın gələcəkdə düzələcək.

– Bütün bu uğurzuluqlarda sizcə,günahkar kimdir?
– Vallah, bütünlükdə günahkar komanda, məşqçilər korpusudur. İkinci bir söz deyim sənə. Yadınızdadırsa, “İnter” ötən mövsüm ilk 5-6 turda “qara zolağa” düşmüş, sonradan toparlanmışdı. Yeni yaranmış komandadır. Əksəriyyətini də gənclər təşkil edir. Hələ ki, komanda “güclülər dəstəsi”ninn qrafikinə uyğunlaşmaqda çətinlik çəkir. Bu komanda get-gedə özünü tapacaq. Və ona da vaxt lazımdır. Mən “İnter”i boşuna misal çəkmədim. “Araz Naxçıvan” da təzə yaranmış komandadır, burda belə şey olmalıdır da.

– Azarkeşlər sizin postunuzdan ayrılmağınızı tələb edirlər. Onlar bunda nə dərəcədə haqlıdırlar?
– Mən bu barədə danışmaq istəmirəm. Gəl belə eləyək də, bu suallarla nə məqsəd güdürsən, başa düşə bilmirəm. Onların şəxsi işidir. Mən bu arədə açıqlama verməyəcəyəm.

– “Araz Naxçıvan” üçün Əsgər Abdullayev,yoxsa “Nəqşicahan” daha önəmlidir?
– Qardaş, bir dənə söz deyim sənə. Futbola aid sualın var sənin?  Futbola aid sualın varsa, onu ver. Futbola aid sualın yoxdursa, mən bu cür sualları cavablamayacağam. Başqa sualın var mənə?

– Klub  sanki hələ də özünü Birinci Diviziondaymış kimi hiss edir. Komandanızın  Premyer Liqa ilə ayaqlaşa bilmədiyini qəbul edirsiz?
– Qardaş, mən indi dedim ki, cavan futbolçulardır, Premyer Liqaya uyğun qrafikə öyrəşməyiblər. O, uşaqlar ən əksəriyyəti keçən il əvəzedici heyətdə oynayıblar. Əksəriyyəti 1992, 1994, 1995-ci il təvəllüdlüdür. 1997 də var. Yəni bu uşaqların püxtələşməsi üçün  vaxt lazımdır. Birdən-birə heç nə olmur. Mütləq təcrübə lazımdır.

– Klub mövsümöncəsi hazırlığı çox zəif keçdi, Premyer Liqa səviyyəsində legioner futbolçular cəlb olunmadı. Təlim-məşq toplanışı gec və keyfiyyətsiz baş tutdu. Yeni rəqiblər in qapılarını taybatay açıb, “buyurun, gəlin, qol vurun” deməsini gözləyirdiz?
– Naxçıvanda heç bir şeyə məsuliyyətsiz yanaşmaq söhbəti yoxdur. Yenə deyirəm ki, əgər təzə, gənc futboçulardan  söhbət edirsənsə, onlara vaxt lazımdır. Bu cür sualların cavabını mən vermişdim.

– Sizcə, cığallıq  necə əlamətdir?
– Bu, futbola aid olmayan sualdır,digər suala keç.

– Sözümün canı var. “Araz Naxçıvan”ın hər uğursuzluqdan günahı başqa amillərdə görürsə, bunun adı cığallıq deyilsə, nədir?
– Qardaşım, sualın varsa, normal suallar ver. Mən heç vaxt, heç nədə günah axtarmamışam, başqa sualın yoxdursa, qurtaraq.

– Elhad Nəzirinin oyun alqı-satqısı ilə bağlı verdiyi açıqlama haqqında nə deyə bilərsiz?
– Qardaş, bu köhnəlmiş söhbətdir. Mən həyatım boyu belə bir şeyə əl atmamışam.

(Bu məqamda telefon rabitəsi kəsildi. Çox güman ki, qarşı tərəf söhbəti vaxtından əvvəl yekunlaşdırmaq istəyirdi. Lakin digər suallara da cavab almaqda israrlı olduğumuzu bilmirdi, yəqin…)

– Telefonun dəstəyini niyə asdız?
– Qardaş, mən belə baxıram, sən,deyəsən, onların hamısını  kağızdan oxuyursan. Ona görə də, demək istəyirəm ki, nə futbola aid sualın varsa, ver. Sən jurnalistsən, mən sənin işinə hörmət edirəm, ona görə də sualına cavab verirəm. Amma futbola aid sualın yoxdursa… Elhad nə deyib-demədiyi məni çox az maraqlandırır. Ayrı sözün varsa, buyur, eşidirəm. Komandanın taleyi, gələcəyi sizi maraqlandırırsa, elə onlardan soruşun. Mən də sənə cavab verirəm ki, bu komanda keçən il yaranıb. Vaxt lazımdır. Bununla da qurtardı. Ayrı şeylərə mənim nə vaxtım var, nə də marağım.

– “Od olmayan yerdən də tüstü çıxmaz”. Nəziri heç nədən belə bir açıqlama verə bilməz ki.
– A kişi,mən sənə dedim ki, kim özündən nə deyibsə, nə edibsə, bu onun öz şəxsi işidir. Sən əgər jurnalist işləyirsənsə, məşqçilərin karyerasını, gördüyü işləri yaxşı bilməlisən, belə şeyləri yox. Sən məni yaxşı tanısaydın, özün utanardın o sualı verməyə. İndi belə bir sual verirsən, deməli, sənin azərbaycanlı məşqçilər haqqında tam məlumatın yoxdur.

– Uğursuzluq bitmirsə, davam edirsə, klubdan kim getməlidir?
– Qardaş, başqa sualın yoxdursa, mən telefonu söndürürəm. 

– Mən futboldan başqa sual vermirəm ki. Yəni, uğursuzluğun davamında klubdan kim getməlidir. Buna da cavab verməyəcəksiz?
– Kiminsə gedib-getməməyi kimisə qane edirsə, bu onun öz şəxsi işidir. Biz bu gün oturub , bu vəziyyətdən necə çıxa biləcəyimizi müzakirə etməliyik. Sən isə nə tipli suallar verirsən.

(Bu anda əlaqədə rabitədə problem yarandı, Əsgər bəy isə fürsəti fövtə verməyib, yenə “nədir,üzündən də oxuya bilmirsən?” sualını verdi.)

– “Nəqşicahan” fan-klubunun rəhbəri kimdir?
– Qardaş, mənim həmin şəxsi tanıyıb-tanımamağımın bu söhbətə hansı dəxli var? Naxçıvan futboluna dəstək olan, ona azarkeşlik edən hər bir şəxsə mənim xüsusi hörmətim var. Söhbət ondan gedir ki, sən mənim öz işimə aid olan sualları ver. Sənin verdiyin sualların heç birinin futbolla uzaqdan-yaxından əlaqəsi yoxdur. Mənim hər bir naxçıvanlıya,onun idmanının inkişafına dəstək verə şəxsə hörmətim var. 

P.S. Əslində, veriləcək  sualım daha çox idi. Lakin Əsgər bəy mənə məhəl qoymadan “oldu, sağol” – deyib telefonun dəstəyini asdı. Növbəti dəfə əlaqə saxlamaq cəhdimiz isə nəticəsiz qaldı. Çünki telefon söndürülmüşdü…

Ürfan Məmməfzadə

Son yazılar

To Top