Ən yaxşı futbolçu seçildi
22.12.2022 , 16:15
“Real”ın müdafiəçisi David Alaba ardıcıl üçüncü dəfə Avstriyada ilin futbolçusu seçilib.
Korner.az xəbər verir ki, mükafat 30 yaşlı oyunçuya ümumilikdə 9-cu dəfə verilib. Bu da mütləq rekorddur.
Avstriya çempionatı klublarının nümayəndələrinin səsverməsində Alaba “Bolonya”nın hücumçusu Marko Arnautoviçi, “Leyptsiq”in yarımmüdafiəçisi Konrad Laymeri və “Feyenoord”un müdafiəçisi Qernot Trauneri qabaqlayıb.