Əliyevli “Ximki” yenə məğlub oldu
14.11.2019 , 16:24
Rusiya çempionatının I Divizionunda 23-cü turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, Azərbaycanın U-21 yığmasının sabiq futbolçusu Kamran Əliyevin çıxış etdiyi “Ximki”
“Rotor”la qarşılaşıb.
Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2.
Kamran da bu görüşün iştirakçısı olub. O, 46-cı dəqiqədə meydana daxil olub.