Əliyar Ağayev AÇ-2020-nin oyununda
09.10.2019 , 16:46
FİFA referisi Əliyar Ağayev AÇ-2020-in seçmə mərhələsinin oyununa təyinat alıb.
Korner.az xəbər verir ki, oktyabrın 12-də keçiriləcək Farer adaları – Rumıniya qarşılaşmasının baş hakimi Əliyar Ağayev olacaq.
Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rəhim Həsənov yerinə yetirəcək.