Azərbaycan futbolunun məşhur nümayəndələrindən biri Ələkbər Məmmədovla vida mərasimi bazar ertəsi reallaşacaq.
Korner.az-ın məlumatına görə, bu barədə Azərbaycan Futbol Veteranları İttifaqından məlumat verilib.
Bir neçə gün öncə dünyasını dəyişmiş 84 yaşlı Ələkbər Məmmədovla vida mərasimi Azərbaycan Dövlət Bədən Təriyəsi və İdman Akademiyasından saat 13:00-dan 16:00-dək davam edəcək.
Məmmədovun Fəxri Xiyabanda dəfn olunacağı gözlənilir.Dəfnin yubanmasının əsas səbəbi mərhumun qızının Almaniyada olmasıdır.