İbrahima Konate “Real”ın transfer hədəfi oldu
07.02.2026 , 12:15
“Liverpul”la müqaviləsi bu yay başa çatacaq İbrahima Konate klubun yeni sözləşmə təklifini qəbul etməyib.
Korner.az xəbər verir ki, fransalı müdafiəçi karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
“Real” azad agent statusunda olacaq 26 yaşlı mərkəz müdafiəçisini heyətinə qatmaq niyyətindədir və onun meneceri ilə görüş keçirib. Madrid klubu Konatəyə 5 illik müqavilə təklif edib.
Qeyd edək ki, Konate 2021-ci ildə “Leypsiq”dən “Liverpul”a 40 milyon avroya transfer olunub. Bu mövsüm fransalı futbolçu “qırmızılar”ın heyətində 31 oyuna çıxıb və 2 qol vurub.