Bu gün UEFA Avropa Liqasının II turu çərçivəsində Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən “Qarabağ” – “Anderlext” oyunundan sonra insident baş verib.
Korner.az-ın məlumatına görə, matçdan sonra “Anderlext” futbolçuları tribunada əyləşən azsaylı azarkeşlərinə doğru yaxınlaşarkən fanatlardan bir qismi meydana daxil olmağa cəhd göstərib.
Məsələyə hüquq-mühafizə orqanları əməkdaşları müdaxilə edib və azarkeşlərin stadiona daxil olmasının qarşısı alınıb.
Report
