Ötən gün axşam saatlarında İmişli rayonunda yanğın hadisəsi baş verib.
Korner.az-ın məlumatına görə, yanğın futbol klubuna məxsus stadionun ərazisində ümumi sahəsi 240 kv.m olan ikimərtəbəli ofis binasında qeydə alınıb.
Hadisə nəticəsində binanın 1-ci mərtəbəsində yerləşən hamam otağının taxta üzlüyü 9 kv.m sahədə yanıb.
Ofis binasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 18:56-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
report.az
