Əzizovadan qızıl medal
10.08.2022 , 20:59

Azərbaycan qadın taekvondoçusu Fəridə Əzizova (67 kq) Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının qalibi olub.
Korner.az xəbər verir ki, idmançı finalda iranlı Zeynəb İsmailiyə qalib gələrək qızıl medal qazanıb.
Təmsilçimiz Cavad Ağayev (68 kq) isə finalda özbəkistanlı Uluqbek Raşidova uduzub. Beləliklə, o, turniri gümüş medalla başa vurub.
