Futbol üzrə Hollandiya Birinci Divizionunda (Jupiler Liqa) 27-ci turun oyunları keçirilib.
Azərbaycanlı futbolçu Ziya Əzizovun formasını geyindiyi “Den Boş” da növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Utrext”in gənclərdən ibarət komandası ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.
Əzizov da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan futbolçumuz fasilədə əvəzlənib.
“Den Boş” hazırda 37 xalla 20 klub arasında 10-cu pillədə qərarlaşıb.
