“Fənərbağça”nın prezidenti Əziz Yıldırım bu gecə “Latsio”yla oyunda qazanılacaq qələbəyə görə böyük məbləğdə mükafat müəyyən edib.
Korner.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Yıldırım italyan təmsilçisi üzərində qələbə qazanacaqları təqdirdə, komandasına 2 milyon dollar mükafat paylayacaq.
Bu rəqəm “sarı-lacivərdlilər”in yarımfinala adlayacağı təqdirdə isə daha da artacaq. Belə ki, “Latsio” səddi tam keçilərsə, Əziz Yıldırımın müəyyən etdiyi mükafat fondu 2 dəfə artacaq.
