“Fənərbaxça”nın prezidenti Əziz Yıldırımın stadionlara daxil olmaqla bağlı cəzası başa çatıb.
Korner.az-ın məlumatına görə, keçən həftə “Qaziantepspor”la oyunda komandasını stadiondan izləyən Yıldırım bu dəfə 1 aydan artıq vaxtdır ki, həsrət qaldığı doğma stadionda – Şükrü Saracıoğlu adına arenada komandasına dəstək verəcək. Əziz Yıldırım bu gün keçiriləcək “Fənərbaxça” – “Aksihar Bələdiyəspor” qarşılaşmasını canlı izləyə biləcək.
Qeyd edək ki, Əziz Yıldırım cəzalı olduğu müddətdə komandasının ev oyunlarını “FB TV”-dən, səfər oyunlarını isə oteldən izləyirdi.
