Dünən axşam "NTV Spor" kanalında "Futbol Aktual" proqramının qonağı olan "Fənərbağça"nın prezidenti Əziz Yıldırım 3 saatlıq "sarı lacivərdlilər"ə aid verlişdə millimizdən də danışıb.
Korner.az-ın məlumatına görə, "sarı kanarya"nın başqanı millimizin Portuqaliya ilə oyununu misal çəkərək artıq zəif komanda anlayışının qalmadığını bildirib:
"Gördünüzmü Azərbaycan Portuqaliya ilə necə oynadı? Təxminən 70 dəqiqə portuqallar Azərbaycana qol vura bilmədilər. Azərbaycanın da qol epizodu var idi. Azərbaycan futbolu xeyli irəliləyib. Artıq zəif komanda anlayışı yox olub. Portuqallarla oyunda top saxlamağı, paslaşmağı daha təşkilatlanmış şəkildə edirdilər".
