Türkiyə məhkəməsi danışılmış oyunlarla bağlı son qərarını açıqlayıb.
Korner.az-ın məlumatına görə, qərara əsasən, "Fənərbağça"nın prezidenti Əziz Yıldırım və digər klub rəsmiləri – İlhan Ekşioğlu və Olqun Peker sərbəst buraxılıblar.
Məhkəmə hər üç şəxsin həbs cəzasını təsdiqləsə də, həbsxanada olduqları müddət nəzərə alınaraq onların azadlığa buraxılmasına qərar verib.
