Superliqanın açılış turunda komandasının “Konyaspor”a 2:3 hesablı məğlubiyyəti “Fənərbağça”nın prezidenti Əziz Yıldırımı özündən çıxarıb.
Korner.az-ın məlumatına görə, qarşılaşmadan sonra o, baş məşqçi Ərsun Yanalla görüşüb.
Görüşdə əsas mövzu komandanın meydana çıxdığı 4-2-1-3 taktiki düzülüşü olub. Çalışdırıcıdan bu düzülüşdən vaz keçməli olduğunu deyən Yıldırım “Arsenal”ın bu düzülüşü darmadağın edəcəyini bildirib: “Çempionatın ən səviyyəli oyunçularından ibarət komandan var. Kimi istədinsə, aldıq. Emenikeni istədin, onu da transfer etdik. Amma 3 hücumçu sevdasından vaz keç. Bu komandanı toparlayıb, gözlənilən nəticəni qazanmaq səndən asılıdı. 4-2-1-3-dən vaz keç, 4-2-3-1-ə qayıt. “Arsenal”la oyunlarda o cür səhvlərin qarşılığı çox ağır olar…”
