İtaliya futbolunda skandalların ardı-arası kəsilmək bilmir.
Korner.az-ın məlumatına görə, Siciliya kubokunda qarşı-qarşıya gələn 2 aşağı liqa klublarının qarşılaşmasında bir klubun oyunçuları 10 dəqiqə içində öz qapılarına 8 qol vurublar. Belə ki, İtaliyanın ən aşağı liqa klublarından olan “Borqata” və “Baqheriya” klubları arasında oynalınan Siciliya kubokunun qrup mərhələsinin son oyununun son 10 dəqiqəsində qonaqlar öz qapılarına 8 qol vurublar. Buna səbəb “Baqheriya”ın əzəli rəqibi “Partinikaudake” klubunun bu nəticə ilə Siciliya kubokunun növbəti mərhələsinə keçə bilməməsi olub. Beləliklə, oyunu 14:3 hesabı ilə qalib başa vuran “Borqata” top fərqində “Partinikaudake” klubunu üstələyərək növbəti mərhələyə yüksəlib.
Oyundan sonra “Baqheriya” klubunun baş məşqçisi oyunu almadıqlarını, rəqiblərinin bu hərəkəti qarşısında özlərini itirdiklərini bildirib.
Qeyd edək ki, İtaliya futbol federasiyası bu oyundan sonra məsələ ilə bağlı xüsusi sorğuya başlayıb.
