İngiltərənin “Mançester Siti” və “Mançester Yunayted” klubları ötən günlərdə təmsil etdikləri şəhərdə baş vermiş terror hadisəsi nticəsində zərərçəkənlərin ailələrinə 1 milyon futn sterlinqlik pul yardımı edib.
Korner.az-ın məlumatına görə, “Manchester Evening” qəzetiinin təşkil etdiyi yardım kampaniyası sözü gedən klubların yardımı ilə birlikdə artıq 3 milyon funt sterlinqdən çox pul vəsaiti toplayıb.
Hadisədən sonra Yaya Ture və meneceri Dmitri Seluk 100 min funt sterlinqlik humanitar yardım edəcəklərini bildirmişdilər.
Xatırladaq ki, bir neçə gün əvvəl İngiltərənin Mançester şəhərində terror hadisə olmuş, 22 nəfər həyatını itirmiş və 64 nəfər yaralanmışdı.