Təlim-məşq toplanışını Antalyada davam etdirən Bakının "Neftçi" klubu baxışa bir futbolçu dəvət edib.
Korner.az-ın məlumatına görə, "ağ-qaralar"ın düşərgəsinə gələn futbolçu 28 yaşlı ispan Pedro Ariasdı. Daha çox Periko kimi tanınan yarımmüdafiəçi bu gündən komandanın məşqlərinə qatılıb.
İspan futbolçu bəyənilərsə onunla müqavilə imzalanacaq.
Qeyd edək ki, Pedro Arias bugünədən İspaniyanın “Malaqa”, “Kastellon” və “Salamanka” komandalarında çıxış edib. Onun son klubu “Elçe” olub.
Periko 2003-cü ildə İspaniya U-18 millisində üç oyun keçirib.
