Avropa Liqasının qrup mərhələsi çərçivəsində baş tutacaq “Qarabağ” – “Slovan” (Çexiya) qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı bəlli olub.
Korner.az-ın məlumatına görə, sentyabrın 14-də, saat 17:00-da, “Azərsun Arena”nın mətbuat zalında “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanov media mənsublarının önünə çıxacaq. Komandanın son məşqi isə saat 17:30-da Suraxanı qəsəbəsində yerləşən klubun bazasında baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.
“Slovan”ın son məşqi isə saat 19:00-da qarşılaşmanın keçiriləcəyi “Dalğa Arena”da baş tutacaq. Çexiya təmsilçisinin baş məşqçisi son məşqdən öncə, saat 18:30-da “Dalğa Arena”nın mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq.
“Qarabağ” – “Slovan” matçı sentyabrın 15-də keçiriləcək və saat 19:00-da start götürəcək.
