Avro-2016-nın seçmə mərhələsində oktyabrın 13-də, Sofiya şəhərindəki Vasil Levski Milli Stadionunda keçiriləcək Bolqarıstan – Azərbaycan oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı müəyyənləşib.
Korner.az affa.az-a istinadan qrafiki diqqətinizə çatdırır:
Bolqarıstan milli komandası
12 oktyabr
Saat 19:30. Mətbuat konfransı
Saat 20:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
Azərbaycan milli komandası
12 oktyabr
Saat 21:15. Mətbuat konfransı
Saat 21:45. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
Hər iki məşq və mətbuat konfransı Vasil Levski Milli Stadionunda keçiriləcək.
