Əvvəlcə Bakıda, sonra Antalyada
28.12.2018 , 19:34

“Zirə”nin qış hazırlıq planı müəyyənləşib.
Komanda yanvarın 5-də bir araya gələcək. Premyer Liqa təmsilçisi çalışmaların ilk hissəsini Bakıda keçirəcək. “Qartallar” ayın 12-də Türkiyənin Antalya şəhərinə yollanacaq. “Zirə” burada 4 yoxlama oyununa çıxacaq.
“Qartallar” ayın 15-də “Taraz” (Qazaxıstan), 18-də isə “Konkordiya” (Rumıniya) komandaları ilə görüşdə qüvvəsini sınayacaq. Digər 2 rəqibin kimliyinə isə aydınlıq gəlməyib. Komanda yanvarın 27-də toplanışı yekunlaşdırıb vətənə qayıdacaq.
