Bu gün Lənkəran şəhər mərkəzi stadionunda UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunu öncəsi "Xəzər Lənkəran" və Estoniyanın "Nomme Kalyu" klublarının baş məşqçilərinin iştirakı ilə mətbuat konfransı keçiriləcək. Korner.az-ın məlumatına görə, Yunis Hüseynov və estoniyalı həmkarı İqor Prins mətbuat nümayəndələrinin suallarını cavablandıracaqlar.
"Xəzər Lənkəran"ın baş məşqçisinin iştirakı ilə keçəcək mətbuat konfransı saat 18:00-da baş tutacaq. "Nomme Kalyu"nun baş məşqçisi Prins isə media nümayəndələrinin önünə saat 19:00-da çıxacaq.
