Avropa liqası

Əvvəl Sxadadze, sonra Tsiolis

17.07.2012 , 06:06

UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyun öncəsi "İnter" və "Asteras" klublarının baş məşqçilərinin iştirakı ilə mətbuat konfransı keçiriləcək. Korner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, hər 2 komandanın çalışdırıcısı "Dalğa Arena"da KİV nümayəndələrinin suallarını cavablandıracaqlar.

"İnter"in baş məşqçisi Kaxaber Sxadadzenin iştirakı ilə keçiriləcək mətbuat konfransı iyulun 18-də, saat 19:30-da baş tutacaq. Ondan 1 saat sonra isə "Asteras"ın çalışdırıcısı media önünə çıxacaq.

Qeyd edək ki, matç iyulun 19-da olacaq.

Son yazılar

Yuxarı