Avroliqanın qrup mərhələsinin "Neftçi" – "İnter" matçından əvvəl keçiriləcək mətbuat konfransı və açıq məşqin vaxtı və yeri müəyyənləşib.
Korner.az– ın məlumatına görə, Tofiq Bəhramov adına respublika stadionunda əvvəlcə "İnter" klubu məşqə çıxacaq (19:00). Ardınca isə italyan klubunun baş məşqçisi Andrea Stramoççinin mətbuat konfransı olacaq.
Bundan sonra isə saat 19:45-də Böyükağa Hacıyev media nümayəndələrinin qarşısına çıxacaq. 45 dəqiqədən sonra isə komandanın açıq məşqi olacaq.