Noyabrın 3-də UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunun oyununda “Qəbələ” Fransanın “Sent-Etyen” komandasını qəbul edəcək.
Korner.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, baş məşqçilərin mətbuat konfransı oyundan bir gün əvvəl – noyabrın 2-də saat 18:15-də 8-ci kilometr qəsəbə stadionunun media zalında start götürəcək.
İlk olaraq jurnalistlərin önünə “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk çıxacaq. Saat 19:30-da isə Fransa klubunun baş məşqçisi Kristof Qaltye media nümayəndələrinin suallarını cavablandıracaq.
Komandaların oyunöncəsi son məşqləri də 8-ci kilometr qəsəbə stadionunda baş tutacaq. “Qəbələ” 19:00-da, “Sent-Etyen” 20:00-da stadionun meydanında hazırlıqlarını tamamlayacaq.
