Əvvəl Neymar indi də Mbappe cəzalandırıldı
03.05.2019 , 15:17

Fransa kubokunun finalında qırmızı kart ilə cəzalandırılan Kilian Mbappenin cəzası müəyyən olub.
Fransa Futbol Federasiyası kubokun finalında təhlükəli oyuna görə meydandan qovulan fransalı futbolçuya 3 oyunluq cəza verib. Bununla da gənc oyunçu ölkə çempionatının son 4 görüşündən 3-nü buraxmalı olacaq.
Qeyd edək ki, bundan əvvəl PSJ klubunun digər futbolçusu Neymar Çempionlar Liqasında hakimiləri təhqir etdiyi üçün 3 oyunluq diskalifikasiya olunmuşdu.
