Avroliqanın qrup mərhələsinin V turunda “Neftçi” – “Partizan” oyunu öncəsi mətbuat konfranslarının və açıq məşqlərin vaxtları müəyyənləşdirib.
Korner.az-ın məlumatına görə, bu dəfə “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev ilk olaraq jurnalistlər qarşısına çıxacaq.
Belə ki, Hacıyevin matç keçiriləcək Tofiq Bəhramov adına Respublika stadionunda noyabrın 21-də saat 18:30-da mətbuat konfransı olacaq. Bundan yarım saat açıq məşq başlayacaq.
“Partizan”ın baş məşqçisi Vladimir Vermezoviçin mətbuat konfransı isə saat 20:00-da keçiriləcək. Bundan 30 dəqiqə sonra açıq məşq başlayacaq. “Neftçi” kimi, serblərin də məşqinin ilk 15 dəqiqəsi açıq olacaq.
Qeyd edək ki, “Neftçi” – “Partizan” oyunu noyabrın 22-də saat 21:00-da başlayacaq.
