Azərbaycan Premyer Liqasında əvəzolunmaz oyunçuların siyahısı bəlli olub
Arxada qalan 13 turda yalnız 6 futbolçu öz komandasının bütün görüşlərini əvəzolunmadan keçirib.
Onları iki “üçlüy”ə ayırmaq olar. 13 qarşılaşmada 1170 dəqiqə oynayanların hamısı qapıçıdı. Orxan Sadıqlı (“İnter”), Dmitri Bezotosnı (“Qəbələ”) və Davud Kərimi (“Kəpəz”) bütün turlarda meydanda olub.
Digər üç oyunçu isə “Səbail”in üzvləridi. Bir oyunu təxirə salınan komandanın üzvləri 12 görüşün hamısında əvəzolunmadan şans qazanıb. Onlardan da biri qapıçı – Emil Balayevdi.
Sahə oyunçularından yalnız ikisi mövsümün arxada qalan hissəsində daim çıxış edib. Bunlar Maudo Jarjue və Tamazi Tsetsxladzedi.
Lakin “altılıq”da ilk qopma qaçılmazdı. Çünki 4-cü sarı vərəqəsini alan Tamazi XIV turu buraxacaq.
APA
