Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında XVIII turun sabah keçiriləcək oyunları üçün bütün təyinatlar müəyyənləşib.
Korner.az-ın məlumatına görə, bu haqda pfl.az satı xəbər yayıb.
11 fevral (şənbə)
“Zirə” – “Qəbələ”
Hakimlər: Rəşad Əhmədov, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Fəridə Lütfəliyeva
Hakim-inspektor: İlham Əliyev
Zirə İdman Kompleksinin stadionu, 13:30
“Kəpəz” – “Qarabağ”
Hakimlər: Teymur Fərhadov, Ruslan Nəsibov, Ruslan Quliyev, Vüqar Həsənli
Hakim-inspektor: Sabir Mütəllimov
Yevlax şəhər stadionu, 14:00
