Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında XXI turun sabah keçiriləcək oyunları üçün təyinatlar məlumdur.
Korner.az-ın məlumatına görə, bu haqda pfl.az saytı xəbər yayıb.
3 mart (cümə)
“Sumqayıt” – “Qarabağ”
Hakimlər: Səbayel Kuzutürk, Gülyanə Özcan, Samir Ələsov, Muxtar Acalov
Hakim-inspektor: Vasif Məmmədov
“Kapital Bank Arena”, 14:00
“İnter” – “Qəbələ”
Hakimlər: Kərim Kərimov, Elçin Əsədov, Mirzə Fərzəliyev, Venera Kahriç
Hakim-inspektor: İrina İsgəndərova
“İnter Arena”, 15:00
